12 Noyabr 2025, 02:10
FUTBOL
İtaliya millisinin və “İnter”in sabiq baş məşqçisi Roberto Mançininin yeni iş yeri müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano paylaşıb.
İtaliyalı mütəxəssis Qətərin "Əl Sədd" klubunu çalışdıracaq. O, müqavilə imzalamaq üçün Dohaya gedəcək.
Qeyd edək ki, Mançini futbolçu kimi "Bolonya", "Sampdoriya" və "Latsio"nun formasını geyinib. O, baş məşqçi kimi isə "Latsio", "İnter", "Mançester Siti", "Qalatasaray" və "Zenit"i çalışdırıb. Mütəxəssis İtaliya millisi ilə 2020-ci ildə Avropa çempionatının qalibi olub.









_1762947774.jpg)


