15 Mart 2026, 10:31
FUTBOL
"Liverpul" 33 yaşlı braziliyalı qapıçı Alisson Bekkerin hazırkı müqaviləsini uzatmaq seçimini aktivləşdirib.
Matc.az xəbər verir ki, bu barədə Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, yeni müqavilə 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm qapıçı bütün yarışlarda 32 oyun keçirib, 35 qol buraxıb və 12 oyunda qapısını toxunulmaz saxlayıb.
"Transfermarkt"da qolkiperin dəyəri 17 milyon avrodur.












