"Arsenal"ın 16 yaşlı cinah oyunçusu Maks Douman 30-cu turun "Everton"la oyununda fərqlənərək İngiltərə Premyer Liqası tarixində ən gənc qol vuran oyunçu olub.

Matc.az xəbər verir ki, bu barədə məlumatı ESPN paylaşıb.

Gənc futbolçu əlavə vaxtda qol vuraraq hesabı 2:0 edib. Douman hazırda 16 yaş 73 günlüyündədir. O, 2005-ci ildə 16 yaş 270 günlüyündə "Everton"nun heyətində "Kristal Pelas"a qol vuran Ceyms Vonun rekordunu geridə qoyub.

Bu, Doumanın cari mövsüm İngiltərə Premyer Liqasında üçüncü oyunu idi. O, həmçinin əsas vaxtın son dəqiqəsində hesabı açan Viktor Gyökeresə məhsuldar ötürmə də edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest