12 Noyabr 2025, 10:50
FUTBOL
"Fulhem"in futbolçusu Adam Traore Premyer Liqada klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
"Vest Hem" ispaniyalı vingerin xidmədtində maraqlıdır. London təmsilçisi klubu ilə müqaviləsi yayda başa çatan Traoreni yanvar ayında transfer etməyə çalışacaq. "Çəkicdöyünlər"in baş məşqçisi Nunu Eşpiritu Santu "Vulverheempton"da birlikdə çalışdığı 29 yaşlı oyunçunu yenidən sərəncamında görmək istəyir.
Qeyd edək ki, Adama Traore bu mövsüm "Fulhem"in heyətində keçirdiyi 12 oyunda 1 qol ötürməsi edib.










_1762947774.jpg)

