12 Noyabr 2025, 10:59
FUTBOL
"Selta"nın müdafiəçisi Oskar Minqeza karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
"Aston Villa". "Nyukasl" və "Vest Hem" ispaniyalı futbolçunu transfer etmək istəyir. İspaniya klubu müqaviləsi yayda başa çatan 26 yaşlı sağ cinah müdaffiəçisini yanvar ayında satmağa isti yanaşır.
Oyunçunun satışından əldə olunan gəlirin 50 faizi onun sabiq klubu "Barselona"nın büdcəsinə gedəcək.
Qeyd edək ki, Oskar Minqeza bu mövsüm "Selta"nın heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.










_1762947774.jpg)

