12 Noyabr 2025, 11:33
FUTBOL
"Çelsi"nin müdafiəçisi Aksel Disasi komandadan ayrıla bilər.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Fransalı futbolçu baş məşqçi Entso Mareskanın qərarı ilə əsas komandadan uzaqlaşdırılıb. 27 yaşlı mərkəz müdafiəçisi yanvar ayında London təmsilçisindən ayrılmaq və daha çox oynayacağı bir kluba keçmək istəyir.
Qeyd edək ki, Aksel Disasi bu mövsüm "Çelsi"nin heyətində rəsmi oyunlarda 1 dəqiqə belə şans qazanmayıb.










_1762947774.jpg)

