İsveç millisinin sabiq yarımmüdafiəçisi Albin Ekdal peşəkar karyerasını başa vurub.

Matc.az xəbər verir ki, bu barədə 36 yaşlı futbolçu özü açıqlama verib.

Təcrübəli dayaq yarımmüdafiəçisinin son klubu “Yurqorden” olub. Ekdal İsveç çempionatının 2025-ci il mövsümü başa çatdıqdan sonra futbol karyerasını bitirmək qərarını verib.

Albin Ekdal  karyerası ərzində Avropanın bir sıra klublarında çıxış edib. Onların arasında “Brommapoykarna”, “Yuventus”, “Siena”, “Bolonya”, “Kalyari”, “Hamburq”, “Sampdoriya” və “Spetsiya” kimi komandalar var.

Ekdal İsveç millisində 2011-ci ildə debüt edib. O vaxtdan bəri ölkəsinin yığmasının heyətində 70 oyun keçirib və 4 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest