12 Noyabr 2025, 12:11
FUTBOL
"Udineze" "Qalatasaray"dan icarəyə götürdüyü Nikolo Zanyolunun transfer hüquqlarına yiyələnmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Seriyası təmsilçisinin məşqçilər korpusu italiyalı hücumameyilli yarımmüdafiəçinin performansından məmnundur. "Udineze" Zanyolonu birdəfəlik transfer etmək üçün İstanbul nəhəngi ilə danışıqlara başlayacaq.
26 yaşlı futbolçu ilə İtaliya və İspaniyadan başqa klublar da maraqlanır.
Qeyd edək ki, Nikolo Zaniolo bu ilin sentyabr ayında "Udineze"yə keçib. O, komandanın heyətində meydana çıxdığı 10 oyunda 4 qol vurub.









_1762947774.jpg)


