12 Noyabr 2025, 13:57
FUTBOL
"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Zeki Çelik A Seriyasında klubunu dəyişə bilər.
Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
"Yuventus" yayda azad agent statusunda olacaq türkiyəli sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır. Turin təmsilçisi yaxın vaxtlarda Çeliklə danışıqlara başlamağı planlaşdırır.
"Roma" da 28 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaq istəyir. Təcrübəli oyunçu hələ ki gələcəyi ilə bağlı qərar verməyib.
Qeyd edək ki, Zeki Çelik bu mövsüm "Roma"nın heyətində keçirdiyi 14 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.











_1762947774.jpg)
