“Leo ilə hər şey istədiyimiz kimi alınmadı. Messinin “Barselona”ya qayıdışı? Bu barədə bütün danışılanlar əsassız və yersizdir”.

“Barselona”nın prezidenti Xoan Laporta Lionel Messinin “blauqrana”ya mümkün qayıdışı barədə danışıb.

Matc.az "Mundo Deportivo"ya istinadən xəbər veerir ki, klubun rəhbəri argentinalı vingerin geri dönəcəyi ilə bağlı iddiaları təkzib edib:

“Leo ilə hər şey istədiyimiz kimi alınmadı. Messinin “Barselona”ya qayıdışı? Bu barədə bütün danışılanlar əsassız və yersizdir”.

Qeyd edək ki, Messi “Barselona” akademiyasının yetirməsidir. O, əsas komandada 2005–2021-ci illər arasında çıxış edib. Hazırda Lionel ABŞ-nin “İnter Mayami” klubunda oynayır. Onun MLS təmsilçisi ilə müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest