Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının XI turunda keçirilən oyunlarda mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
Matc.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, "Şamaxı" - "İmişli" (1:0), "Sumqayıt" - "Qəbələ"(2:0), "Araz-Naxçıvan" - "Karvan-Yevlax" (2:1), "Sabah" - "Kəpəz" (3:1), "Zirə" - "Turan Tovuz" (0:0) və "Qarabağ" - "Neftçi" (2:0) matçlarında qeydə alınan ümumilikdə 6 epizodla bağlı fikirlərini bölüşüb.
Belçikalı mütəxəssis baş hakim Əliyar Ağayevin "Zirə" - "Turan Tovuz" matçında meydan sahiblərinin futbolçusu Brahim Konateyə göstərdiyi qırmızı vərəqənin "sarı" ilə əvəzlənməsinin yanlış qərar olduğunu bildirib.





_1762969557.jpg)






