13 Noyabr 2025, 10:52
FUTBOL
Lionel Messi bir neçə gün əvvəl peşəkar karyerasının möhtəşəm illərini keçirdiyi “Barselona”ya qayıtmaq istədiyini bəyan edib.
Matc.az xəbər verir ki, ulduz futbolçunun bu etirafı hələlik “blauqrana” rəhbərliyində müsbət qarşılanmayıb.
Əvvəlcə klubun prezidenti Xoan Laporta bu məsələyə mənfi münasibət bildirib. Daha sonra isə yerli mətbuat yazıb ki, baş məşqçi Hans-Diter Flik də 38 yaşlı vingerin qısamüddətli müqavilə ilə transferinə ehtiyac görmür.
Alman mütəxəssis bu cür anlaşmanı uyğunsuz hesab edir.
Qeyd edəək ki, Lionel Messi bu mövsüm "İnter Mayami"nin heyətində keçirdiyi 39 oyunda 37 qol vurub, 19 qol ötürməsi edib.












