"Qalatasaray" qışda müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Milan"da çıxış edən Strahinya Pavloviçdir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Sarı-qırmızılar" mövsümün əvvəlində heyətinə qata bilmədiyi serbiyalı futbolçu üçün qışda yenidən hərəkətə keçəcək. "Qalatasaray" 24 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürmək üçün İtaliya klubuna təklif göndərəcək.

Qeyd edək ki, Strahinya Pavloviç bu mövsüm "Milan"ın heyətində keçirdiyi 13 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Serbiya millisinin üzvünün klubu ilə müqaviləsi 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest