13 Noyabr 2025, 12:59
FUTBOL
"Atletiko" uğurlu mövsüm keçirən Culiano Simeone ilə bağlı qərar verib.
Matc.az xəbər verir ki, La Liqa nəhəngi argentinalı vingerin müqaviləsinin müddətini uzadacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
Klub 22 yaşlı futbolçunun 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözləşməsini daha 2 il uzadacaq.
Qeyd edək ki, Culiano Simeone bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 19 oyunda 3 qol vurub, 6 qol vurub. Argentina millisinin üzvü olan futbolçu Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeonenin oğludur.



_1693306721.png)








