13 Noyabr 2025, 15:04
FUTBOL
"Renn"in hücumçusu Məhəmməd Kader Meyte karyerasınıİtaliya A Seriyasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
"Milan" fransalı forvardın çıxışını yaxından izləyir. A Seriyası nəhəngi 18 yaşlı futbolçunu izləmək üçün skautlarını Fransaya göndərib. "Rossonerilər"in yaxın vaxtlarda gənc oyunçu üçün hərəkətə keçəcəyi gözlənilir.
Qeyd edək ki, Məhəmməd Kader Meyte bu mövsüm "Renn"in heyətində keçirdiyi 11 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib. O, Fransa U-21 millisinin üzvüdür.






_1693306721.png)





