14 Noyabr 2025, 10:34
FUTBOL
Rüstəm Əhmədzadə komandaya kömək edə bilməyəcək. Ötən gün İslandiya ilə sarı oyunda sarı vərəqə alan hücumçu cəzalı duruma düşüb.
Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunun Fransa ilə matçına itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, Rüstəm Əhmədzadə komandaya kömək edə bilməyəcək. Ötən gün İslandiya ilə sarı oyunda sarı vərəqə alan hücumçu cəzalı duruma düşüb.
İslandiya ilə görüşü buraxan Şahruddin Məhəmmədəliyev isə cəzasını başa vurub və oynamağa hazırdır.
Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması noyabrın 16-sı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:00-da start götürəcək.












