"Lids Yunayted"in 27 yaşlı yarımmüdafiəçisi Ao Tanaka ötən gün Yaponiya və Qana arasında keçirilən (2:0) yoldaşlıq oyununda "Tuluza"nın yarımmüdafiəçisi Abu Fransisə ciddi xəsarət yetirib.

Matc.az xəbər verir ki, bu barədə "Vietnam.vn" məlumat yayıb.

Xoşəgəlməz hadisə oyunun 51-ci dəqiqəsində Ao Tanaka cərimə meydançasının kənarından zərbə endirməyə hazırlaşarkən baş verib. Abu Fransis zərbənin qarşısını almaq üçün arxadan müdaxilə etməyə çalışıb, lakin qanalı oyunçu Tanakanın güclü zərbəsinə tuş gəlib və sağ ayağını sındırıb.

Qanalı oyunçular dərhal tibbi heyətə məlumat veriblər. Tuluza yarımmüdafiəçisi meydanı xərəkdə tərk etməli olub. İlkin məlumatlara görə, sağalma müddəti uzun çəkəcək.

Ao Tanaka Fransis əvəzləndikdən sonra dərhal Qana texniki zonasına yollanıb və Qana milli komandasının baş məşqçisi Otto Addodan şəxsən üzr istəyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest