18 Noyabr 2025, 19:40
FUTBOL
Portuqaliya millisi və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo bu gün Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə görüşəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "The Sun" paylaşıb.
Ronaldo əvvəllər də 47-ci prezidentlə görüşməkdə maraqlı olduğunu bildirmişdi. Hücumçu 2009-cu ildə ABŞ vətəndaşı Ketrin Mayorqanın təcavüz iddiaları səbəbindən 2017-ci ildən bəri ABŞ-a səfər etməyib. Lakin 2019-cu ildə yerli prokurorlar oyunçuya qarşı irəli sürülən ittihamları əsassız hesab etdilər və 2023-cü ildə ikinci məhkəmə iddiasından sonra o, bəraət aldı.
Qeyd edək ki, Portuqaliya millisi Ermənistana qarşı 9:1 hesablı qələbədən sonra ABŞ, Kanada və Meksikada keçiriləcək 2026 dünya çempionatına vəsiqə qazanıb.





_1763488881.jpg)





