“Real” La Liqanın 14-cü turunda səfərdə “Jirona” ilə 1:1 hesablı heç-heçə edib.

Matc.az xəbər verir ki, oyundan sonra Madrid klubunun rəsmi kanalı xalların itirilməsində baş hakim De Burqos Benqoetxeanı əsas günahkarlardan biri kimi göstərib:

“De Burqos "Real"a qarşı heç bir izahı olmayan kobud səhvlərə yol verdi. O, komandaya ən çox zərər vuran hakimlərdən biridir. La Liqa təhrif olunur. "Real"ın hakimlər ucbatından 4 xalı azdır. De Burqos isə Madrid klubuna qarşı ən kobud pozuntulara yol verən hakimlərdən biridir”.

Madridlilər hakimin matçdakı iki əsas qərarını tənqid edirlər. Bunlardan biri “Jirona”nın Mbappenin əleyhinə baş vermiş, lakin qeydə alınmayan fauoldan sonra vurduğu qoldur. Digəri isə hesab 1:1 olarkən Rodriqoya qarşı kubodluq edilən zaman verilməyən penaltidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest