01 Dekabr 2025, 09:20
FUTBOL
"Real" İspaniya La Liqasında ardıcıl üç oyunda qələbə qazana bilməyib.
Matc.az xəbər verir ki, Xabi Alonsonun komandası "Jirona" ilə səfər qarşılaşmasında 1:1 hesablı heç-heçəyə razılaşıb.
Madrid klubu əvvəlki iki oyunda "Elçe"ni (2:2) və "Rayo Valyekano"nu (0:0) məğlub edə bilməyib.
"Real"ın La Liqada son üç oyunluq qələbəsizlik seriyası bu ilin fevralında olub, iki dəfə heç-heçə edib və bir dəfə isə məğlub olub.
Qeyd edək ki, madridlilər 14 turdan sonra 33 xalla turnir cədvəlində ikinci sırada qərarlaşıb. Turnir cədvəlinə 34 xalla "Barselona" başçılıq edir.



_r8jumivo_1764583732.jpg)








