"Atletiko" yanvar ayında uyğun məbləğ təklif gələcəyi təqdirdə Konor Qallaherlə yollarını ayırmağa hazırdır.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

Həm “Mançester Yunayted”, həm də “Tottenhem” “Çelsi”nın sabiq futbolçusu ilə maraqlanır. Madrid klubu ingiltərəli yarımmüdafiəçini 30 milyon avroya satmağa isti yanaşır.

Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Konor Qallaher bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 22 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest