19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyuna çıxacaq.

Matc.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Kukus” stadionunda keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.

1 dekabr

15:00. Azərbaycan (U-19, Qadınlar) - Gürcüstan (U-19, Qadınlar)
“Kukus” stadionu, Strumitsa
Baş hakim: Yoanna Vassallo (Malta)
Baş hakimin köməkçiləri: Edyena Kapciu (Albaniya), Angela Domazetovska (Şimali Makedoniya)
Dördüncü hakim: Angela Rayçevska (Şimali Makedoniyaa)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest