"Dinamo"nun əfsanəvi futbolçusu Vladimir Muntyan vəfat edib.

Matc.az xəbər verir ki, bu barədə Kiyev təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Vladimir Fedoroviç komandannın heyətində 7 dəfə SSRİ çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Yarımmüdafiəçi həmçinin 1975-ci ildə Kuboklar Kubokunun və UEFA Superkubokunun qalibi olub.

Muntyanın “Dinamo” forması ilə 371 oyunda, 70 qolu və 36 qol ötürməsi var.

Peşəkar karyerasını başa vurduqdan sonra SKA (Kiyev), "Çerkası", “Tavriya”, “Obolon-PRO”, “Spartak” VKZ, “Krivbas”, “Vorskla”, Kiyev “Dinamo”sunun ehtiyat komandası, həmçinin Ukraynanın gənclər yığması və Qvineya milli komandasının baş məşqçisi kimi çalışıb.

Muntyanın son iş yeri 2011–2013-cü illərdə “Dinamo”nun gənc kadrlar üzrə koordinatoru vəzifəsi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest