01 Dekabr 2025, 17:15
FUTBOL
Madrid “Real”ının La Liqadakı “Atletik”ə qarşı oyunu baş məşqçi Xabi Alonsonun taleyini müəyyən edə bilər.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşrinin jurnalisti Mario Kortegana məlumat yayıb
Klub rəhbərliyi komandanın oyunundan narazıdır. Bu qarşılaşma Alonsonun gələcəyi üçün həlledici olacaq.
Əsas problem kimi məşqçinin Kilian Mbappe, Vinisius Junior və Cud Bellinqem kimi ulduz futbolçulardan ibarət heyəti idarə edə bilməməsi, bunun isə komandadaxili disbalans yaratması göstərilir.
“Real” hazırda La Liqanın turnir cədvəlində 14 turdan sonra 33 xalla 2-ci yerdə qərarlaşıb və “Barselona”dan cəmi 1 xal geri qalır.
Xatırladaq ki, Alonsonun komandası ötən gecə “Jirona” ilə qarşılaşmada (1:1) xal itirib.












