01 Dekabr 2025, 14:51
FUTBOL
"Benfika" yenidən “Yuventus”un müdafiəçisi Filip Kostiçin mümkün transferi ilə bağlı gündəmdədir.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Qartallar”ın baş məşqçisi Joze Mourinyo 33 yaşlı futbolçunu hələ “Fənərbaxça”da birgə çalışdıqları dövrdən yüksək qiymətləndirir.
Portuqaliya klubu Kostiçə hələ yayda maraq göstərmişdi və hazırda da onun vəziyyətini izləməkdə davam edir. Serbiyalı sağ cinah müdafiəçisinin “Yuventus”la müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir ki. Bu da potensial transferin şərtlərinə təsir göstərə bilər.
Qeyd edək ki, Filip Kostiç cari mövsümdə bütün turnirlərdə 10 matçda ümumilikdə 362 dəqiqə meydanda olub, 2 qol vurub və 1 qol ötürməsi edib.









_1764591868.jpg)


