Mikel Merino 2025/26 mövsümündə yüksək məhsuldarlığını nümayiş etdirməkdə davam edir.
Matc.az xəbər verir ki, “Arsenal”ın yarımmüdafiəçisi Premyer Liqanın 13-cü turunda “Çelsi”yə qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda komandasının yeganə qolunun müəllifi olub.
29 yaşlı futbolçu bu dəfə nominal hücumçu mövqeyində meydana çıxıb və ikinci hissədə fərqlənib. 59-cu dəqiqədə Bukayo Sakanın sağ cinahdan etdiyi ötürmədən sonra Merino başla dəqiq zərbə vuraraq oyunun yekun nəticəsini müəyyənləşdirib.
Bu, Merinonun 2025-ci ildə Premyer Liqa oyunlarında başla vurduğu 5-ci qoludur. İngiltərə çempionatında heç bir futbolçunun bir təqvim ildə bu qədər baş zərbəsi ilə qolu yoxdur.
İspaniyalı futbolçunun cari mövsümdı isə “Arsenal”ın bütün turnirlərində keçirdiyi 19 oyunda 4 qolu və 2 məhsuldar ötürməsi var.







_r8jumivo_1764583732.jpg)




