"Qalatasaray" "Liverpul"un ulduz futbolçusu Məhəmməd Salahı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

İstanbul nəhəngi yanvar ayında misirli vingeri heyətinə qatmağa çalışacaq. "Sarı-qırmızılar" 33 yaşlı oyunçuya illik 20 milyon avro maaş verməyə hazırdır.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində keçirdiyi 19 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest