“Kalyari”nin futbolçusu Mattia Feliçi aldığı zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

24 yaşlı vinger İtaliya Kubokunun 1/8 final mərhələsində “Napoli”yə qarşı keçirilən oyunun 85-ci dəqiqəsində meydana daxil olub və bundan az sonra ciddi zədə alıb. Futbolçuda dizin çarpaz və kolateral bağlarının qopması aşkarlanıb.

İtaliyalı oyunçu yaxın günlərdə əməliyyat olunacaq.

Qeyd edək ki, Mattia Feliçi bu mövsüm  "Kalyari"nin heyətində 13 matçda iştirak edib, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest