12 Dekabr 2025, 10:16
FUTBOL
UEFA Avropa Liqasında Liqa mərhələsinin VI turunun oyunları keçirilib.
Matc.az xəbər verir ki, Türkiyənin "Fənərbaxça" klubu Norveçdə "Brann"ın qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 11-ə yüksəldən "Fənərbaxça" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 8 xalı olan "Brann" isə 22-ci yerdədir.
"Brann" - "Fənərbaxça" 0:4
Qollar: Kerem Aktürkoğlu, 5, Anderson Talişka, 36, 44, 65












