Avrokubokların əsas mərhələsinin bu həftə keçirilən oyunlarından sonra ölkəmizin sıralamada mövqeyinin dəyişməyəcəyi dəqiqləşib. Azərbaycan 22,250 əmsalla 26-cı pillədə qərarlaşıb.
Azərbaycan 2025-ci il üçün UEFA reytinqindəki mövqeyini qoruyub.
Matc.az xəbər verir ki, avrokubokların əsas mərhələsinin bu həftə keçirilən oyunlarından sonra ölkəmizin sıralamada mövqeyinin dəyişməyəcəyi dəqiqləşib. Azərbaycan 22,250 əmsalla 26-cı pillədə qərarlaşıb.
Ölkəmizdən irəlidə 23,256 xalla Ukrayna, aşağıda isə Slovakiyadır (22,218).
Xatırladaq ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" UEFA Çempionlar Liqası Liqa mərhələsinin VI turunda "Ayaks"a (Niderland) uduzub (2:4). 55 ölkənin yer aldığı reytinqə 104,005 əmsalla İngiltərə başçılıq edir.












