12 Dekabr 2025, 11:15
DÇ-2026
İngiltərə milli komandası dünya çempionatından əvvəl iki yoldaşlıq oyunu keçirəcək.
Matc.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
İngilislər martın 27-də Uruqvay, 31-də isə Yaponiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Uembli"də baş tutacaq.
Qeyd edək ki, Tomas Tuxelin rəhbərlik etdiyi İngiltərə seçməsi DÇ-2026-nın L qrupunda Xorvatiya, Qana və Panama ilə mübarizə aparacaq. Mundial iyunun 11-də başlayacaq və iyulun 19-da başa çatacaq.












