12 Dekabr 2025, 12:13
FUTBOL
"Yaqelloniya"nın futbolçusu Oskar Pyetuşevski karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
"Mançester Siti" polşalı vingeri transfer etmək istəyir. Byalistok təmsilçisi 17 yaşlı oyunçu üçün 15 milyon avro tələb edir.
Qeyd edək ki, Oskar Pyetuşevski bu mövsüm "Yaqelloniya"nın heyətində keçirdiyi 29 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib. Gənc futbolçunun Polşa klubu ilə müqaviləsi 2027-ci ilin yayına kimidir.












