12 Dekabr 2025, 12:59
FUTBOL
İcarə əsasında "Jirona"da çıxış edən Dominik Livakoviç yanvar ayında klubunu dəyişəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Müqavilə ilə "Fənərbaxça"ya məxsus olan xorvatiyalı qapıçı ölkəsinə qayıdacaq. Livakoviç sabiq klubu "Dinamo" ilə anlaşıb. 31 yaşlı qolkiper yeni ilin ilk günlərində Zaqreb təmsilçisi ilə sözləşmə imzalayacaq.
Qeyd edək ki, "Fənərbaxça" Livakoviçi mövsümün əvvəlində "Jirona"ya icarəyə verib. Təcrübəli "əlcək sahibi" La Liqa klubunun heyətində 1 oyunda belə iştirak etməyib.












