12 Dekabr 2025, 11:32
FUTBOL
"Qalatasaray" Türkiyə Super Liqasının 16-cı turunun "Antalyaspor"la matçına ciddi itkilərlə çıxacaq.
Matc.az xəbər verir ki, 6 futbolçu İstanbul təmsilçisinə kömək edə bilməyəcək.
Müdafiəçilər Kaan Ayhan, Vilfred Sinqo, yarımmüdafiəçi Mario Lemina və qapıçı uğurcan Çakır zədəlidir. Eren Elmalı və Metehan Baltacı isə mərc oyunlarında iştirak etdiklərinə görə müəyyən müddətlik futboldan uzaqlaşdırılıblar.
Qeyd edək ki, "Antalyaspor" - "Qalatasaray" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.












