12 Dekabr 2025, 12:31
FUTBOL
"Sportinq" müdafiəçi Qonsalu İnasiunun müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Lissabon təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Portuqaliya millisinin üzvü ilə 30 iyun 2030-cu ilədək nəzərdə tutulan sözləşmə imzalanıb. 24 yaşlı mərkəz müdafiəçisinin sərbəstqalma məbləği 60 milyon avro təyin olunub.
Qeyd edək ki, Qonsalu İnasiu bu mövsüm "Sportinq"in heyətində keçirdiyi 19 oyunda 2 qol ötürməsi edib.












