AFFA İntizam Komitəsinin iclası keçirilib.

Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XV turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:

“Turan Tovuz” – “Sabah” oyununda qonaqların 7 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Kəpəz” – “Qəbələ” oyununda Gəncə təmsilçisinin 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib. Həmin matçın 36-cı dəqiqəsində qonaqların 12 nömrəli futbolçusu İbrahim Sanqare ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmayacaq, klub buna görə 1000 manat cərimə ödəyəcək.

"Qarabağ"la oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan” 700 manat ziyana düşüb. "Qarabağ" isə azarkeşlərinə görə cərəmələnib. Meydan sahiblərinin fanatları pirotexniki vasitədən istifadə etdiyinə görə klub 3000 manat cərimə edilib.

“İmişli” ilə oyunda “Karvan-Yevlax” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat ödəməli olacaq.

"Sumqayıt" da eyni səbəbdən maddi cəhətdən ziyana düşüb. Belə ki, "kimyaçılar"ın heyətində 5 futbolçu "Neftçi" ilə görüşdə sarı vərəqə alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest