19 Dekabr 2025, 11:10
FUTBOL
"Bornmut"la müqaviləsi mövsümün sonunda başa çatan Markos Senesi gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, argentinalı müdafiəçi Premyer Liqa klubundan ayrılacaq. Bu barədə "BBC Sport" televiziyası məlumat yayıb.
Senesi İngiltərə klubunun yeni müqavilə təklifini qəbul etməyib. 28 yaşlı mərkəz müdafiəçisi yayda azad agent statusunda olacaq.
Qeyd edək ki, Argentina millisinin üzvü olan Markos Senesi bu mövsüm "Bornmut"un heyətində keçirdiyi 16 oyunda 3 qol ötürməsi edib.












