Ötən gün qeydə alınan nəticələrdən sonra Azərbaycan iki pillə geriləyib. Ölkəmiz 22.250 xalla 26-cı yerdən 28-ci yerə düşüb.

Konfrans Liqasının Liqa mərhələsinin VI turunun oyunları ölkələrin UEFA rəytinqinə təsir edib.

Matc.az xəbər verir ki, ötən gün qeydə alınan nəticələrdən sonra Azərbaycan iki pillə geriləyib. Ölkəmiz 22.250 xalla 26-cı yerdən 28-ci yerə düşüb.

27-ci pillədə Slovakiya (22.375), 29-cu sırada isə Bolqarıstan (19.875) qərarlaşıb.

Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə başçılıq edir. İtaliya 2-ci, İspaniya isə 3-cü yerdədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest