UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayntraxt" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, Frankfurt təmsilçisi "Yurqorden"dən Keyta Kosuqini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yaponiyalı sol cinah müdafiəçisi 2026-cı ilin 1 yanvar tarixində yeni komandasının düşərgəsinə yollanacaq. Almaniya klubu gənc futvolçu üçün 6,5 milyon avro təzminat ödəyib.

Kosuqi bu mövsüm "Yurqorden"in heyətində keçirdiyi 29 oyunda 5 qol ötürməsi edib.

Qeyd edək ki, "Qarabağ"ın "Ayntraxt"la oyunu gələn il yanvarın 21-də Bakıda baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest