19 Dekabr 2025, 14:53
FUTBOL
"Atletiko"da əsas heyətdə yerini itirən Cakomo Raspadori ölkəsinə qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.
"Roma" italiyalı hücumçunu heyətinə qatmaq istəyir. Paytaxt təmsilçisi 25 yaşlı forvardı yanvar ayında icarəyə götürməyə çalışacaq.
Qeyd edək ki, Cakomo Raspadori bu mövsüm "Atletiko"nun heyətində keçirdiyi 13 oyunda 2 qol vurub, 2 qol ötürməsi edib.












