19 Dekabr 2025, 17:42
FUTBOL
PSJ-nin qapıçısı Matvey Safonov Klublararası Dünya Kubokunun “Flamenqo”ya qarşı keçirilən və 1:1 hesabı ilə başa çatan (penaltilər seriyasında 2:1) final oyununda zədələnib.
Matc.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.
4 penalti zərbəsini dəf edən qolkiperə əl sümüyünün sınığı diaqnozu qoyulub. Tibbi heyətin ilkin qiymətləndirməsinə görə, bərpa prosesi və ümumi qrupla məşqlərə qayıdış təxminən 1 ay çəkəcək.
Bu, Safonovun Paris nəhənginə transfer olunduqdan sonra yaşadığı ilk ciddi zədədir. Matvey meydana ən tez yanvar ayının ikinci yarısında qayıda biləcək.












