19 Dekabr 2025, 19:20
FUTBOL
"Tuluza"nın müdafiəçisi Dayan Metali karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Fransalı sol cinah müdafiəçisi "Nyukasl"ın qış tranfer pəncərəsi üçün əsas hədəfidir. "Sağsağanlar" q19 yaşlı futbolçu üçün yaxın zamanda Liqa 1 klubu ilə danışıqlara başlayacaq.
"Yuventus", "Sevilya", "Bayer" və PSJ də gənc oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Fransa U-21 millisinin üzvü olan Dayan Metali bu mövsüm "Tuluza"nın heyətində keçirdiyi 16 oyunda 1 qol ötürməsi edib.












