17 yaşlı isveçli müdafiəçi Vinsent İbrahimoviç "Milan" klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Matc.az xəbər verir ki, İbrahimoviçin böyük qardaşı Maksimilian İbrahimoviç artıq komandadadır və "Milan"ın 19 yaşadək futbolçulardan ibarət komandasında oynayır.

Qeyd edək ki, Vinsent və Maksimilianın atası Zlatan İbrahimoviç 2010-cu ildən 2012-ci ilə qədər "Milan"da oynayıb. Bu müddət ərzində o, 163 oyun keçirib, 93 qol vurub və 35 məhsuldar ötürmə edib. 2023-cü ilin iyul ayında Zlatan karyerasını başa vurduğunu elan edib və son klubu "Milan" olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest