"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola klubdakı gələcəyini ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis
"Heç bir danışıq yoxdur. Buradakı ikinci və ya üçüncü mövsümümdə demişdim ki, burada əbədi qalmayacağam. Amma heç bir müzakirə yoxdur. Əlbəttə ki, klub oyunçular, baş məşqçilər hər şeyə hazır olmalıdır. Klub sahibləri istisna olmaqla, əgər klubu satmaq qərarına gəlməsələr, bunun baş verəcəyini düşünmürəm, qalan hər kəs hazır olmalıdır".
Qvardiola idmanda vəziyyətin istənilən an dəyişə biləcəyini qeyd edərək, növbəti mövsümlə bağlı hər hansı bir vəd verməkdən çəkinib:
"Mən buradayam. Bundan sonra nə olacaq, kim bilir? 10 illik və ya 6 aylıq müqaviləm olsa belə, futbol çox dəyişkəndir. Hazırda diqqətimi "Vest Hem" matçına və atamla bir neçə günlük səyahətə yönəltmişəm. Bu qədər. Sonra "Nottinqem Forest", "Sanderlend", "Çelsi", "Brayton" və bizi gözləyən hər şeyə qayıdacağam".
Qeyd eək ki, bu mövsüm Pep Qvardiolanın rəhbərliyi altında "Mançester Siti" 25 oyun keçirib, 18 qələbə qazanıb, 2 heç-heçə edib və 5 qarşılaşmada məğlub olub. Komanda hazırda İngiltərə Premyer Liqasında 34 xalla ikinci yerdədir.












