Misli Premyer Liqası, I Liqa, liqalarda iştirak edən akademiyalar və digər komandaların nümayəndələri ilə görüş keçirilib.
Misli Premyer Liqası, I Liqa, liqalarda iştirak edən akademiyalar və digər komandaların nümayəndələri ilə görüş keçirilib.
Matc.az xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutan görüşdə klub rəsmiləri ilə yanaşı, milli assosiasiyanın baş katibinin müavini Elçin Məmmədov və Yarışların Təşkili Departamentinin əməkdaşları iştirak ediblər.
AFFA tərəfindən keçirilən liqaların cari mövsümündə tətbiq edilən dəyişikliklər, yarışların təşkilində müsbət və mənfi tərəflərlə bağlı diskusiyalar aparılıb, eyni zamanda növbəti mövsümlə bağlı təkliflər müzakirə olunub.
Qarşıdakı günlərdə regionlarda çıxış edən aşağı liqa komandaları ilə görüşlərin silsiləli şəkildə təşkili və müzakirələrin davam etdirilməsi planlaşdırılıb.












