Britaniyanın "FourFourTwo" jurnalı dünyanın ən yaxşı 100 oyunçusunun reytinqini tərtib edib.

Matc.az xəbər verir ki, reytinqin tərtibində jurnalistlər, analitiklər və futbol mütəxəssisləri iştirak ediblər.

"Barselona"nın cinah oyunçusu Lamin Yamal reytinqdə birincidir. "Mançester Siti"nin hücumçusu Erlinq Haland ikinci yerdədir. "Bavariya"nın forvardı Harri Keyn isə ilk "üçlüy"ü tamamlayır.

"FourFourTwo"ya görə dünyanın ən yaxşı 10 futbolçusu:

1. Lamin Yamal ("Barselona")
2. Erlinq Haland ("Mançester Siti")
3. Harri Keyn ("Bavariya", Münhen)
4. Usman Dembele (PSJ)
5. Kilian Mbappe ("Real", Madrid)
6. Rafinya ("Barselona")
7. Pedri ("Barselona")
8. Xviça Kvaratsxeliya (PSJ)
9. Nuno Mendes (PSJ)
10. Bukayo Saka ("Arsenal")

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest