21 Dekabr 2025, 12:35
FUTBOL
PSJ Fransa Kubokunun 1/32 final mərhələsində "Fontene" komandasını 4:0 hesabı ilə məğlub edib.
Matc.az xəbər verir ki, bu, parislilərin 2025-ci ildə bütün yarışlarda 50-ci qələbəsi olub.
PSJ-nin bir il ərzində əldə etdiyi qələbə sayı Liqa 1 klubları arasında rekord göstəricidir.
Qeyd edək ki, PSJ-nin növbəti oyunu 2026-cı il yanvarın 4-də Fransa çempionatında "Paris" klubuna qarşı olacaq.












