2010-2019-cu illərdə "Qarabağ"ın şərəfini qorumuş, hazırda ABŞ-ın "Nyu York Kosmos" klubunda çıxış edən Ansi Aqolli Albaniya mətbuatına müsahibə verib. Matc.az saytı xəbər verir ki, Albaniya millisinin sabiq kapitanı çempionlar Liqasının I təsnifat mərhələsindəki "Partizani" - "Qarabağ" cütlüyünü dəyərləndirib.

- "Partizani" çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq. Tirana təmsilçisinin şansı nə qədərdi?

- Futbolda hər şey açıqdı və hər zaman şans var. Məntiqlə çempionlar Liqası və Avropa Liqasında iştirak etmiş "Qarabağ" bu turnir üçün təcrübəli komandadı və "Partizani"dən üstün hesab edirəm. Şansın nə qədər olduğu meydanda görünəcək. Bu, komandanın mübarizəsindən asılı olacaq.

- "Partizani" "Qarabağ"a qalib gəlmək üçün nələr etməlidi?

- Sıfır səhv ilə iki mükəmməl oyun keçirməlidi. Bu turnirdə bir qol buraxsan, bunu sığortalamaq çətin olur. "Qarabağ"a qarşı iki mükəmmək matç kifayətdi.

- Bu cütlükdə kimə azarkeşlik edəcəksiniz?

- Azarkeş (gülür). İndi özümü düşünürəm. çünki "Qarabağ"da 10 il keçirmişəm. Bu 10 il karyeramın ən uzun müddətidi. "Qarabağ"ın baş məşqçisi mənə ikinci ata kimi olub. Komandanın kapitanı ilə 10 il birlikdə çörək yemişik, yaxşı və pis günlərimiz olub. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda ilə qardaş olduq. Birlikdə keçirdiyimiz 10 il az vaxt deyil. Karyeramın 70 faizini bu ailənin içində keçirmişəm. "Qarabağ" mənim ikinci evim oldu, həmişə də belə qalacaq. Mənim "Partizani" ilə əlaqələndirən məqam Albaniya klubu və "Tirana"da olduğum zaman bizə rəqib olmasıdı. Məni bu komanda ilə başqa heç nə bağlamır. Amma "Qarabağ"... "Qarabağ"da "Tirana"dan da çox vaxt keçirmişəm.

- "Partizani" rəqib barədə sizdən məlumat istəsə, onlara kömək edərsiniz?

- Düşünmürəm ki, onların mənə ehtiyacları ola. Artıq hər şey sadədi. İnkişaf etmiş texnologiya sayəsində məşqçi internetdən hər şeyi öyrənə bilir. "InstaScout" və "WyScout" istənilən məlumatı sənə verir. Rəqibin taktiki gedişləri, onun necə oynaması... "Partizani"nin şəxslərdən məlumat aldığına inanmıram. çünki internet indi dünyanın hər yerinə getmək imkanı verir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest