"Tottenhem"in yarımmüdafiəçisi Lukas Berqvall Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" isveçli futbolçunu transfer etmək istəyir. Mersisayd təmsilçisi 19 yaşlı oyunçu üçün London klubuna 60 milyon avroluq rəsmi təklif göndərib.

Qeyd edək ki, "Tottenhem" Lukas Berqvalı 2024-cü ilin yayında "Yurqorden"dən 20 milyon avroya transfer edib. Gənc futbolçu bu mövsüm komandanın heyətində keçirdiyi 21 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest