"Tottenhem"in müdafiəçisi Miki van de Ven karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Real" niderlandlı futbolçunun xidmətində maraqlıdır. Madrid təmsilçisinin baş məşqçisi Xabi Alonso van de Veni komandasında görməök istəyir. "Kral klubu" 24 yaşlı mərkəz müdafiəçisi üçün yanvar ayında 50 milyon avroluq təklif göndərəcək.

Qeyd edək ki, Miki van de Ven bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 23 oyunda 6 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest